|
Antimüller hormonu - dimer qlikoprotein olub, boy
faktorlarının ß-transfromasiyaedici sinfinə məxsusdur. Bu
hormon embrional inkişaf zamanı Sertoli hüceyrələri
tərəfindən sintez olunur və kişilərdə Müller axarlarının
reqressiyasına təkan verir. Cinsi yetişkənlik dövrünə qədər
AMH yumurtalıqlar tərəfindən sintez olunur, postpubertat
dövrdə isə bu hormonun miqdarı getdikcə azalır. Antimüller
hormonun sintezində olan hər hansı bir pozğunluq kişilərdə
Müller axarlarının reqressiyasının qarşısını alır və
nəticədə bu axarların derivatları saxlanılır. Bu isə kliniki
olaraq kriptorxizm, qasıq yırtıqları və reproduktiv
funksiyanın pozulması ilə müşahidə edilir. Göstərilən
xəstəlik Müller axarlarının persistensiyası sindromu
adlanır. Bu sindrom yalançı kişi hermafroditizminin nadir
rast gəlinən formalarından biridir. Belə xəstələrdə
yumurtalıqlar differensasiya olunsa da sonsuzluq müşahidə
edilir.
Qadınlarda AMH yumurtalıqların qranulyoz hüceyrələri
tərəfindən sintez edilir. Pubertat dövrə qədər AMH-un qanda
miqdarı kişilərə nisbətən daha aşağı olur. Pubertat dövrdən
sonra isə getdikcə azalmağa başalyır. AMH-un qanda
konsentrasiyası yumurtalıqdakı antral follikulların sayı ilə
düz mütənasiblik təşkil edir. Yaşdan asılı olaraq fertillik
qabiliyyətinə malik olan qadınlarda reproduktiv funksiyanın
nə dərəcədə azalmasını təyin etmək üçün bu hormonun qanda
təyini əvəzedilməzdir.
Müayinənin aparılmasına göstərişlər:
- Erkən və gecikmiş cinsi yetişkənliyi təyin etmək
- Bəzi şübhəli hallarda cinsiyyətin ayırd edilməsi
- Kriptorxizm və anorxizm
- Qadınlarda ovarial rezerv və premenopauzal
dəyişikliklərin təyini
- Yumurtalıqların qranulyoz hüceyrə mənşəli şişlərinin
diaqnostikası
- Süni mayalanmanın baş tutmaması, aparılmış
stimulyasiyaya qeyri qənaətbəxş cavab reaksiyası
- Qeyri-müəyyən mənşəli sonsuzluq
- Antiandrogen terapiyanın effektivliyinin təyini
Göstərilən hormonal analiz N. Tusi adına klinikanın
laboratoriyasında immmunoferment üsulu ilə təyin edilir.
Qadınlarda ən uyğun müayinə vaxtı menstrual tsiklin 3-cü
günü hesab edilir. |