| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Laboratoriya / Biokimyəvi / ... | |
|
HOMOSİSTEİN | |
|
Homosistein – orqanizmdə metioninin metabolik tsikli
zamanı əmələ gələn amin turşudur. Homosistein heç bir
zülalın struktur elementi olmayıb orqanizmə yalnız
metioninin metabolizmi zamanı daxil olur. Bu amin turşu
hüceyrəyə toksiki təsir göstərir. Onun orqanizmdə
parçalanması fol turşusu, vitamin B12 və B6 –nın iştirakı
ilə həyata keçirilir. Homosisteini parçalayan hüceyrədaxili
mexanizmlərin funksional çatmamazalığı zamanı bu amin turşu
qan dövranına keçərək oksidləşmə prosesinə məruz qalır və
nəticədə özündə aktiv oksigen saxlayan çoxlu miqdarda
radikallar əmələ gəlir. Bu zaman damar divarını təşkil edən
endotel hüceyrələr zədələnir, saya əzələ hüceyrələrinin
proleferasiyası stimulyasiya olunur, bu isə trombovaskulyar
patologiyanın inkişafına şərait yaradır. Mamalıq və ginekologiyada homosisteinin təyini hamiləlik və doğuş prosesində baş verən bir sıra patologiyaların əvvəlcədən qarşısını almağa imkan verir. Belə ki, hiperhomosisteinemiyanın fəsadı olan mikrotromblaşma uşaqlıq və fetoplasentar qan dövranının pozulmasına səbəb olur, bu isə sonsuzluq və hamiləliyi sona çatdırmamaq kimi hallara gətirir. Həmçinin xroniki fetoplasentar çatmamazlıq, dölün bətndaxili xroniki hipoksiyası, dölün hipotrofiyası və s. hallar da hiperhomosisteinemiyanın fəsadlarındandır. Qanda homosisteinin yüksək olması sinir borusunun defekti, əyripəncəlilik kimi inkişaf qüsurlarına da səbəb ola bilər. Generalizə olunmuş mikroangiopatiya hamiləliyin son aylarında nefropatiya, preeklampsiya, eklampsiya, ciftin infarktı və vaxtından qabaq soyulması kimi hallarla müşahidə olunur. Qanda homosisteinin təyininə göstərişlər:
Hazırda N. Tusi adına Klinikanın laboratoriya
bölməsində qanda homosisteinin təyini
immunohemilüminissensiya metodu ilə həyata keçirilir.
Müayinə tam avtomat analizator olan İMMULİTE vasitəsilə
aparılır. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi