Siz buradasınız: Laboratoriya / Biokimyəvi / ...

RU

BİOKİMYƏVİ LABORATORİYA

N. Tusi adına Klinikanın laboratoriya bölməsində ən müasir üsullarla geniş spektrli biokimyəvi müayinələr aparılır. Daxili orqanların bir çox göstəricilərinin qanda təyini qaraciyər, böyrək, mədəaltı vəzi və s. funksiyasında olan hər hansı bir pozğunluğu vaxtında aşkar etməyə imkan verir. Tibbin bütün sahələrində-terapiya, endokrinologiya, urologiya, nefrologiya, qastroenterologiya, kardiologiya, ginekologiya və s. biokimyəvi müayinələrdən çox geniş istifadə edilir.

 

N. Tusi adına klinikanın laboratoriya bölməsində qanın və sidyin biokimyəvi göstəriciləri ABŞ-ın AWARNESS firmasının avtomat biokimyəvi analizatorunda təyin edilir. Analizatorun təyin spektrinə 60-dan artıq göstərici daxildir:

  • Zülal mübadiləsi – ümumi zülal, albumin, qlobulin,A/Q və s.
  • Qaraciyər və piqment mübadiləsi göstəriciləri – ALT, AST, QQT, bilirubin və bilirubin fraksiyaları və s.
  • Böyrəklər – kreatinin, sidik cövhəri, qalıq azot, kreatinin klirensi və s.
  • Ürək – LDH, kreatinkinaza, KFK-MB və s.
  • Mədəaltı vəzi – amilaza, lipaza və s.
  • Lipid mübadiləsi – ümumi xolesterin, triqliseridlər, yüksək, orta və aşağı sıxlıqlı lipoproteinlər və s.
  • Karbohidrat mübadiləsi – qlükoza, qlikohemoqlobin və s.
  • Mineral mübadiləsi – kalsium, kalium, xlor, maqnezium, fosfor, natrium və s.
  • Spesifik zülallar – C-reaktiv zülal, revmatoid faktor, antistreptolizin-O və s.
  • Böyrəklər, qaraciyər, ürək və digər orqanların funksiyasını daha dəqiq öyrənmək üçün kompleks laborator müayinə proqramları vardır ki, onunla da saytımızın müvafiq bölümündə tanış ola bilərsiniz.

 

           < < < YENİLİKLƏR > > >