Siz buradasınız: Laboratoriya / ...

RU

LABORATORİYA

Laborator xidmətin başlıca məqsədi həkimi vaxtında, dəqiq və etibarlı informasiya ilə təmin etməkdir. Məhz bunun nəticəsində müalicə həkimi hər hansı bir patoloji prosesin olması və ya olmaması, xəstəliyin inkişaf dinamikası və aparılan müalicənin effektivliyi haqqında məlumat ala bilir. Laborator diaqnostika profilaktik müayinələrdən keçərkən, və ya xəstəliyin erkən inkişaf mərhələlərində həkimə müraciət edərkən, gizli gedişə malik bir sıra xəstəliklər zamanı ilkin və ən vacib müayinə metodudur.

N.Tusi adına Klinikanın laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər aparılır:
  • Ümumi kliniki laborator müayinələr
  • Biokimyəvi müayinələr
  • Hormonal diaqnostika
  • Onkomarkerlər
  • İnfeksion xəstəliklərin İFA və PZR vasitəsilə diaqnostikası
  • Hematoloji müayinələr
  • İmmunoloji müayinələr
  • Mikrobioloji müayinələr
  • Histoloji və sitoloji müayinələr

 

 

Müasir avtomat laborator cihazlar, dünya səviyyəsində tanınmış firmaların reaktiv və test-sistemlərinin istifadəsi, yüksək kvalifikasiyalı təcrübəli mütəxəssislər nəticələrin dəqiq və vaxtında alınmasını təmin edir.

İlk dəfə olaraq Azərbaycanda N. Tusi adına Klinikada müasir PZR diaqnostikanın bütün tələblərinə cavab verən şöbə yaradılmışdır. Burada bütün növ hepatitlər və digər infeksiyalar “Real Time” rejimində hibridazision-flüoressent deteksiya üsulu ilə təyin edilir (xlamidioz, mikoplazmoz, herpes, sitomeqalovirus, trixomoniaz, ureaplazmoz, papillomavirus).

B və C hepatitlərinin dəqiq diaqnostikası üçün tam müayinə tsikli yaradılmışdır. Laboratoriyada törədicinin nəinki genetik tərkibi eyni zamanda müayinə olunan materialda miqdarını da təyin etmək mümkündür (kəmiyyət PZR-i). Respublikamızda ilk dəfə olaraq yalnız bizim Klinikada Hepatit C-in genotipi təyin olunur.

Rahat prosedur kabineti, təcrübəli tibb bacıları tam olaraq sizin xidmətinizdədir. Hər bir pasiyent qangötürmənin vakuum sistemi sayəsində istədiyi müayinə üçün tez və ağrısız qan verə bilər.

Bir çox analizlərin cavabını elə həmin gün Klinikada almaq olar, həmçinin pasiyentin istəyindən asılı olaraq cavablar faksla və ya elektron ünvanına da göndərilə bilər.)

Rambler's Top100