< < < ƏSAS MENYU > > >

         < < < XƏBƏRLƏR > > >

   Siz buradasınız: Həkimlərə/ Neyrocərrahiyyə/ ...

RU

KLİNİKİ-PRAKTİK HADİSƏ

Xəstənin 21 yaşı var. İlk dəfə 2000-ci ildə (xəstənin 14 yaşı olanda) aparılmış KT müayinəsi nəticəsində həcmli törəmə aşkar edilmişdir. Törəmənin olçüsü böyük olduğundan xəstə əmliyyata götürülməmişdir. Son 2 ildə törəmənin ölçüsü xeyli artmışdır. 2009-cu ildə aparılmış MRT müayinəsi zamanı ön kəllə çuxurunda yerləşən şişin ölçülərinin xeyli artması, böyüyərək sol göz alması çuxuruna (ekzoftalma səbəb olmuşdu), hər iki burun və ağız boşluğuna siraət etməsi aşkar edildi. Aşağıda verilmiş tomoqrammalarda göstərilən əlamətlərin təsviri yer almışdır.

    

Xəstənin əməliyyata qədərki xarici görünüşü.

Xəstə kinikamızda əməliyyata götürüldü. Həcmli törəmə götürüldü, kəllə əsası əzələ və bud nahiyəsinin enli fassiyası ilə, alın və hər iki gicgah nahiyəsi isə protaklil ilə plastika edildi. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Əməliyyatdan tam 12 saat sonra xəstə aktiv vəziyyətə gətirildi.

              

Erkən əməliyyatdan sonrakı dövrdə xəstənin xarici görünüşü. (12 saat sonra)

Xəstə əməliyyatdan sonrakı 7-ci sutkada tam qənaətbəxş vəziyyətdə evə yazıldı.
4 aydan sonra baş beyinin təkrar kompüter tomoqrafiyası aparıldı.

Cərrah: Əsədov Fərid Etibar oğlu
 

.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >


Rambler's Top100