Qalxanabənzər vəzinin palpasiya edilən düyünlü
törəmələrinin yayılma tezliyi qadınlar arasında təxminən 5%,
kişilər arasında isə 1% təşkil edir. Bu göstərici qidasında
kifayət qədər yod olan regionlarda yaşayan əhaliyə aiddir.
Ultrasəs müayinəsi ümumi populyasiyada 19-67% hallarda
qalxanabənzər vəzinin düyünlü törəmələrinə diaqnoz qoymağa
imkan verir. Qadınlar və yaşlı əhali arasında isə xəstəliyin
rastgəlmə tezliyi daha yüksəkdir.
Qalxanabənzər vəzinin xərçəngi xəstəliyi tək düyünü olan
xəstələrin 20%-də, bir neçə düyünü olan xəstələrin isə
4.8%-də aşkar edilir. Qalxanabənzər vəzinin bədxassəli
törəmələrinin təqribən 90%-ni yüksək differensasiyalı
xərçəng (papillyar və follikulyar) təşkil edir.Bu xəstələrin
təxminən 0.2%-də xəstəlik kliniki olaraq özünü büruzə verir.
Əksər hallarda isə qalxanabənzər vəzinin xərçəngi gizli
şəkildə inkişaf edir.
Qalxanabənzər vəzinin istənilən xəstəliyi (iltihab, inkişaf
qüsurları, travmalar, metabolizmin pozulması və s.) onun
toxumasında düyün və ya başqa həcmli prosesin inkişafına
şərait yarada bilər. Buna görə də müayinə zamanı ilk növbədə
törəmənin bəd və ya xoş xassəli olmasını ayırd etmək
lazımdır. Aşağıda göstərilənlər düyünlü törəmənin bəd
xassəli olma riskini artıran faktorlara aid edilir.
Ailə anamnezi
- Qohumlar arasında bədxassəli şiş xəstəliyinə
tutulanlar
- Cins: kişilərdə palpasiya edilən düyünün aşkar
edilməsi
- Şüalanma
Ultrasəs müayinəsi
- Düyünün vizualizasiyası:solid, kistoz, solid-kistoz
törəmələr. Solid törəmələr kistoz törəmələrə nisbətən
əksər hallarda bədxassəli xarakterə malik
olurlar,qarışıq solid-kistoz formalar isə aralıq mövqe
tuturlar.
- Düyünün böyümə xarakteristikası: sürətli böyümə,
ətraf toxumalar infiltrasiya edən sərt törəmə.
Boyun limfoadenopatiyası, səs tellərinin iflici kimi
əlamətlər də prosesin bədxassəli olmasına dəlalət edir.
ATA-nın (Amerika Tireod Assosiasiyası) düyünlü ur və
qalxanabənzər vəzinin yüksək differensasiyalı xərçənginin
diaqnostika və müalicəsi haqqında tövsiyyələrinə əsasən
tireoid vəzinin düyünlü törəmələrinin müayinə alqoritmi.
1. Qalxanabənzər vəzinin funksiya
pozulmalarının skrininqi.
2.
R1. Qanda TTH-un təyini düyünlü ur xəstəliyi
olan pasiyentin ilkin müayinə metodudur.(C dərəcəsi)
ATA qalxanabənzər vəzinin fəaliyyətini qiymətləndirmək
üçün 35 yaşdan başalayaraq hər 5 ildən bir TTH-ın qanda
səviyyyəsini təyin etməyi skrininq metod kimi təklif
edir (Arch İntern Med. 2000;160:1573-1575). Bu metodun
ilk növbədə qadınlar arasında tətbiq olunması zəruridir,
çünki qalxanabənzər vəzi xəstəlikləri kişilərə nisbətən
qadınlarda demək olar ki, 10 dəfə çox rast gəlinir. Əgər
TTH-un miqdarı artmış və ya azalmışsa onda göstərişə
uyğun olaraq ultrasəs müayinəsi aparılır. Tireoid
hormonlarla əvəzedici terapiya zamanı müalicənin
effektivliyini qiymətləndirmək üçün də TTH-un səviyyəsi
yoxlanılır. Əgər TTH-ın miqdarı normadan aşağı olarsa o
zaman qalxanabənzər vəzinin ssintoqrafiyasının
aparılması göstərişdir.
3. Ultrasəs müayinəsi
4.
R2. Qalxanabənzər vəzidə bir və ya bir neçə
şübhəli törəmə aşkar edilən bütün
xəstələrin ultrasəs müayinəsindən keçməsi çox vacibdir.
Əsas məqsəd aşağıdakı əlamətləri təyin etməkdir:
- Kliniki olaraq heç bir əlamətlə özünü büruzə
verməyən çox düyünlü urun aşkar edilməsi.
- Kistoz törəmələri təyin etmək.
- Hamilə qadında düyünün qiymətləndirilməsi.
- Tireoid hormonlarla ilkin müalicədən sonra düyünün
reqressiyasını qiymətləndirmək.
- USM nəzarəti altında ölçüsü 1sm-dən artıq olmayan
xırda düyünün aspirasion biopsiyası.
5. Qalxanabənzər vəzinin ssintiqrafiyası
6.
- Düyünlü törəmənin funksional aktivliyinin təyini
- Qalxanabənzər vəzi toxumasının düyün olan hissəsinin
digər hissələrə nisbətən daha çox radioaktiv izotop
toplaması həmin düyünün funksional cəhətdən aktiv
olduğunu göstərir.(“qaynar”düyün)
- Izofunksional düyün (“isti” düyün) yod toplama
xüsusiyyətinə görə ətraf toxumalardan seçilmir.
- Funksional cəhətdən aktiv olmayan düyünlər isə
(“soyuq” düyün) radioaktiv izotopu toplamır.
7. Düyünlü törəmələrin aspirasion biopsiyası
R5. Nazik iynə biopsiyası qalxanabəzər vəzinin
düyünlü xəstəliklərinin diaqnostikasında seçim metod
hesab edilir. (A dərəcəsi)
Sitoloji müayinənin nəticəsi olaraq aşağıdakılar təyin
oluna bilər:
- Qeyri informativ nəticə
- Bədxassəli şiş
- Aralıq forma və ya şübhə doğuran nəticə
- Xoş xassəli düyünlü törəmə
R6. Qalxanabənzər vəzinin kistoz törəmələri
bir neçə dəfə punksiya olunaraq, hər dəfə qeyri
informativ nəticə alınarsa bu törəmənin nəzarət altına
alınması və ya cərrahi müalicəsi aparılmalıdır. Bu
tövsiyyə həmçinin bir neçə dəfə punksiya olunan solid
törəmələrə də aid edilir (A dərəcəsi).
R7. Əgər aspirasion biopsiya nəticəsində
alınmış materialın sitoloji müayinəsi bədxassəli şiş
diaqnozu qoyarsa o zaman operativ müdaxilə qaçılmazdır
(A dərəcəsi).
R8. Aparılmış aspirasion biopsiya 15-30%
hallarda sitoloji müayinənin nəticəsi olaraq aralıq
forma diaqnozu (follikulyar neoplaziya-adenoma) qoyarsa
o zaman qalxanabənzər vəzinin ssintoqrafiyası
aparılır.Bu müayinə nəticəsində “qaynar” düyünlər aşkar
edilməzsə lobektomiya və ya total tireoidektomiya
əməliyyatı aparılır (B dərəcəsi).
R9. Papillyar karsinoma və ya Qyurtle
neoplaziyasına şübhə yarandığı hallarda ilkin
ssintoqrafiya aparılmadan lobektomiya və ya total
tireoidektomiya əməliyyatının aparılması birbaşa
göstəriş hesab edilir (A dərəcəsi).
R10. Qalxanabənzər vəzinin xoşxassəli şişi
aşkar edilərsə sonrakı diaqnostik və müalicəvi tədbirlər
dayandırılır (A dərəcəsi).
8. Qalxanabənzər vəzinin çoxsaylı düyünlü
törəmələri.
Qalxanabəzər vəzi toxumasında aşkar edilmiş çoxsaylı
törəmələr heç də prosesin bədxassəli olmasından xəbər
vermir.
Ultrasəs müayinəsi zamanı aşkar edilmiş düyünlərin ölçüsü o
qədər də böyük əhəmiyyət daşımır. Düyündə aşkar edilmiş
mikrokalsinatlar, onların hiperexogenliyi (ətraf toxumaya
nisbətən daha tünd fon), düyündaxili hipervaskulyarizasiya
və s. kimi əlamətlər diaqnozu dəqiqləşdirmək üçün daha
informativ hesab edilir.
R12a. Yuxarıda göstərilən əlamətlər aşkar
edilərsə düyünün punksiyası tövsiyyə olunur (B
dərəcəsi).
R12b. Əgər vizualizasiya zamanı bəd xassəli
şişə məxsus əlamətlər aşkar edilməzsə o zaman ən iri
ölçülü düyünün punksiya olunması məsləhət görülür
(C dərəcəsi).
R13. Müayinə zamanı qanda TTH-ın normanın
aşağı sərhədində və ya normadan aşağı olması müəyyən
edilərsə, qalxanabənzər vəzinin USM-i və ssintoqrafiyası
aparılır. Əldə olunmuş nəticələr müqayisə edilir. Bu
ölçüsü 1 sm-dən artıq olan düyünlərin funksional
aktivliyini müəyyən etmək üçün aparılır. Yalnız “isti”
və “soyuq” düyünlü törəmələr punksiya olunur. USM olaraq
şübhəli əlamətlərə malik düyünlər də punksiya edilə
bilər (B dərəcəsi).
9. Qalxanabənzər vəzinin düyünlü törəmələri
olan pasiyentlərin monitorinqi.
Qalxanabənzər vəzinin dinamikada ultrasəs müayinəsinin
aparılması törəmənin ölçüsünün müəyyən edilməsi üçün ən
dəqiq və informativ metoddur. Düyünün diametrinin 20%,
ölçülərinin 2 və daha artıq proyeksiyada ən azı 2mm artması
kliniki cəhətdən əhəmiyyətlidir.
R14. Qalxanabənzər vəzidə xoş xassəli düyünlər
aşkar edilərsə xəstəyə hər 6-18 aydan bir həkim
müayinəsindən keçmək tövsiyyə edilir. Qalan hallarda isə
xəstə hər 6-18 aydan bir USM-dən keçməlidir. Əgər
düyünün ölçüləri dəyişməz qalarsa o zaman müayinələr
arası vaxt atrtırıla bilər (B dərəcəsi).
R15. Düyünün ölçüsü nəzərə çarpacaq dərəcədə
artarsa USM nəzarəti altında təkrar aspirasion biopsiya
aparılır.
10. Qalxanabənzər vəzinin düyünlü törəmələrinin
müalicəsi.
Çoxsaylı araşdırmaların nəticələri yod defisiti olan
regionlarla onun miqdarı norma daxilində olan regionlar üçün
xeyli fərqlənir. Məlum olmuşdur ki, tireoid hormonların
qəbulu nəticəsində TTH-un miqdarının azalması yod defisiti
olan regionlarda yaşayan xəstələrdə düyünün reqressiyasına
gətirib çıxarır.
R16. Ekspert komisiyyası düyünlü eutireoid
kolloid proliferativ formalı ur xəstəliyində supressiv
terapiyanın aparılmasını məqsədəuyğun hesab etmir.
(F dərəcəsi)
R17. Əgər düyünlü törəmənin ölçüsü dinamikada
artarsa, lakin təkrar aspirasion biopsiya yenə də
prosesin xoş xassəli olmasını təsdiqləyərsə xəstənin
gələcək dinamik müşahidəsi və ya operativ müdaxilənin
seçilməsi kliniki əlamətlərə əsasən aparılır.
Kompression sindrom və kosmetik defekt əməliyyata
göstəriş hesab oluna bilər.(C dərəcəsi)
Bu qrup pasiyentlərdə levotiroksinlə supressiv
terapiyanın məqsədəuyğuluğu haqqında məlumatlar yoxdur (I
dərəcə).
Aşağıdakı hallarda operativ müdaxilənin aparılması özünü
doğrultmuşdur:
1. Solid düyünlərin təkrar punksiyaları zamanı
qeyri informativ nəticələr.
(A dərəcəsi)
2. Kistoz törəmələrin bir neçə dəfə
punksiyaları zamanı qeyri informativ nəticələr.
3. Aspirasion biopsiya zamanı şişin bədxassəli
olmasının təyini. (A dərəcəsi)
4. Adenoma (B dərəcəsi), papillyar karsinoma
və Qyurtle neoplaziyası. ( A dərəcəsi)
Ədəbiyyat
1. A. Van Xerle. Böyüklərdə qalxanabənzər vəzinin
şişləri. Endokrinologiya. N. Lavinin redaktəsi altında.
İngilis dilindən tərcümə. 1999.-571 səhifə
2. A.D.Toft. Tireoid hormonal preparatları ilə
terapiya. Necə və nə zaman? Thyroid İnternational (rus
dilində) 4 -2001
3. Georq Brabant. TTH üçün yeni referens interval ?
Thyroid İnternational (rus dilində) 3-2008
4. D. Qerşman. Hipotireoz və tireotoksikoz.
Endokrinologiya N. Lavinin redaktəsi altında. İngilis
dilindən tərcümə. 1999.- 550 səhifə
5. Kliniki Endokrinoloqların Amerika Assosiasiyasının
düyünlü zobun müalicə və diaqnostikası üçün yeni
tövsiyyələr. Kliniki və eksperimental tireoidologiya.
№2-2006. V.V. Fadeyevein tərcüməsi
6. P. Singer. Qalxanabənzər vəzinin funksiyalarının
qiymətləndirilməsi. Endokrinologiya N. Lavinin redaktəsi
altında. İngilis dilindən tərcümə.1999.-519 səhifə
7. David S. Cooper, Gerard M. Doberty, Bryan R.
Haugen, Richard T. Kloss, Stephanie L.Lee, Susan J. Mandel,
Ernest L. Mazzaferri, Bryan Mclver, Steven I. Sherman, R.
Michael Management Guidelines for patients with Thyroid
Nodules and adifferenrial Thyroid Cancer. The American
Thyroid Association Guidelines Taskforce. Thyroid –
2006.-vol.16; №2.-P.1-33
Tibb elmləri namizədi İskəndərli Gülnarə |