< < < MENÜ > > >

         < < < XƏBƏRLƏR > > >

   Siz buradasınız: Həkimlərə/ Kardiologiya/ ...

RU

KLİNİKİ-PRAKTİK HADİSƏ

Exokardiografiya

Qulaqcıqların səyirici aritmiyası olan xəstələrdə trombozların profilaktikası sahəsində çoxlu iri randomizə olunmuş çalışmalar aparılmışdır. Bu çalışmalarda səyirici aritmiyaının əmələ gəlməsilə aterotromboz riskinin 5 dəfə artması göstərilmişdir. Sinus ritminin saxlanılması, mədəcik yığılmasının sayının azaldılması kimi tədbirlər son nəticədə bu riskin azalmasına təsir etməmişdir. Göstərilmişdir ki, trombozların əmələ gəlmə halları antikoaqulyant müalicəsiını heç və ya kifayət qədər almayan xəstələr arasında daha çox baş verir. Bunula da antikoaqulyant terapiyası ön plana çəkilmişdir. Xəstələrin yaş həddi əsasən hemorragik ağirlaşmalara görə müəyyən məhdudiyyətlər yaratsa da, kliniki çalışmalar dəyəcək xeyirin daha artıq olduğunu sübut etmişdir. Çalışma müəlliflərinın fikrincə yaş həddi antikoaqulyant müalicəsi üçün əks göstəriş deyil və xroniki səyirici aritmiyası olan, 75 yaşdan yuxarı xəstələrdə bu müalicə aparılmalıdır. Yuxarıda deyilənlərə sübut kimi təcrübəmizdə rast gəldiyimiz kliniki hadisəni bir misal kimi diqqətinizə çatdırmaq istərdik:

Kliniki misal

81 yaşlı qadın xəstə, 26.04.09 tarixdə klinikamıza sol bazu arteriyasının kəskin oklyuziyası əlamətləri ilə daxil olmuşdu. Rəngli doppler müayinəsi ilə əsas diaqnoz təsdiq edildikdən sonra (müayinəni aparan: doktor Elçin Nəsibov) xəstənin təcili əməliyyata götürülməsi məsləhət görüldü. Xəstədə qulaqcıqların xroniki formalı səyirici aritmiyasının olması və buna qarşı uzun müddət hec bir medikamentoz müalicə almaması ürəkdə embol oçaqlarının olması ehtimalını yaratdı. Exokardioqrafiya müayinəsi aparılan zaman (müayinəni aparan: doktor Tahir Əhmədov) sol qulaqcıqda, qulaqcıqlar arası çəpərə yapışmış geniş əsaslı, hərəkətli törəmə aşkar edildi. Törəmənin tromb və ya miksoma (xoş xassəli şiş) olması barədə fikirlər yaransa da “tromb” üzərində dayanıldı. Həmçinin cərrahiyyə əməliyyatı zamanı (əməliyyatı aparan damar çərrahı: doktor Mustafayev İlham) damar daxilindən çıxarılmış materyial bu fikri təsdiqldi (şəkil-1, video-1). Əməliyyat sonrası xəstəyə dəri altına kiçik molekullu heparin – Arikstra (Fondaparinuks) təyin edildi. 5 gün sonra təkrar exokardioqrafiya müayinəsi zamanı trombun exogenliyinin zəifləməsi nəzərə çarpırdı (şəkıl-2, video-2). Xəstəyə 10 gün Arikstra vurulduqdan sonra oral antikoaqulyant terapiyaya keçmək qərara alındı. Bu məqsədlə xəstəyə günə 2,5 mq olmaqla Varfarin təyin edildi (İNR kontrolu altında). 17 sonra xəstəyə növbəti exokrdioqrafiya müayinəsi aparılan zaman tromb artıq görsənmirdi və onun antikoaqulyantların təsirindən əriməsi qənaətinə gəlindi (video-3).
Gətirdiyimiz bu kliniki misal bir daha sübut edir ki, xroniki səyirici aritmiyası olan xəstələr daim antikoaqulyant müalicəsi almalıdırlar. Bu, gələcəkdə baş verəcək təhlükəli tromboemboliyaların qarşısını almaq üçün zəruridir.

Şəkil 1.

Şəkil 2.

Şəkil 3.

N.Tusi adına klinika kardioloji xidmətinın rəhbəri dr. Tahir Əhmədov.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >


Rambler's Top100