Ultrasəs müayinəsi əsas tibbi görüntüləmə
metodlarından biri hesab olunur. Bu metod exolokasiya
prinsiplərinə əsaslanmışdır. Ekranda olan təsvir bədən
strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə
malik dalğaların analizi nəticəsində formalaşır. Daha
informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın
boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının,
qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların
müayinəsində geniş istifadə edilir. Hamiləliyin gedişini
izləmək üçün bu metod əvəzedilməzdir. USM dölün inkişafı,
fetoplasentar qan dövranı barəsində dəqiq informasiya verir.
N. Tusi adına Klinikanın ultrasəslə müayinə kabineti
premium klass Philips iU22xMATRİX rəqəmli ultrasəs sistemi
ilə təchiz olunmuşdur. Bu sistem unikal funksional
imkanlara malikdir.
xMATRİX
texnologiyalı X6-1 Pure Wave ötürücüsü 9000-dən artıq aktiv
elementlərə malikdir, bu ise adi USM-le müqayisədə 35 dəfə
çoxdur. Matrix texnologiyası “texniki cəhətdən mürəkkəb”
pasiyentlərdə belə çox dəqiq və yüksək keyfiyyətli
təsvirlərin alınmasına imkan yaradır. iU22 xMATRİX sistemi 3
D təsvirlərini verməklə yanaşı muayinənin aparılma vaxtının
qısaldılması və daha keyfiyyətli görüntülərin alınmasına
imkan verir.
N. Tusi adına Klinikanın ultrasəslə müayinə kabinetində
Philips iU22xMATRİX aparatı vasitəsilə qarın boşluğu
orqanlarının (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq),
kiçik çanaq orqanlarının (uşaqlıq, yumurtalıqlar, sidik
kisəsi, prostat vəzi və s.) 2D və 3D rejimində müayinəsi
aparılır.
Eyni zamanda yüksək həssaslığlı sayəsində matriks ötürücüsü
vasitəsilə real zaman daxilində hamiləlik vaxtı ana bətnində
dölün ürəyinin 3D rejimində təsvirlərini almaq mümkündür.
Live 3D/4D – real zaman daxilində 3 ölçülü
təsvirlərin alınması. Bu metod həkimə daha dəqiq diaqnozun
qoyulması və düzgün müalicə taktikası seçməyə kömək edi.
Dölün 3D/4D USM-i
3 ölçülü USM-in köməyilə həkim real zaman daxilində dölün
təsviri və hərəkəti barəsində dəqiq informasiya ala bilir.
Bu isə bətndaxili inkişaf dövründə mövcud ola biləcək
anomaliyaları vaxtında aşkara çıxarmağa imkan verir. Gələcək
ana keyfiyyətinə görə heç də fotoşəkildən geri qalmayan
təsvir və videoyazı vasitəsilə körpəsini görmək imkanı
qazanır. Ətraflı...
Doppleroqrafiya
Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks
olunan siqnalların tezliyi qan dövranının sürətinə
proporsional olaraq dəyişilir. Doppleroqrafiya qan-damar
sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti
barəsində dəqiq informasiya verir, arterial və venoz
sistemdə əmələ gəlmiş pozğunluqları aşkar edir. Damarlarda
əmələ gəlmiş stenozun dəqiq lokalizasiyasını göstərir.
Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan
dövranı, habelə cift və gobək ciyəsi barəsində dəqiq
informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında
aşkar etmək üçün doppleroqrafiya əvəzsiz bir metoddur.
Klinikamızda doppleroqrafiya bir neçə rejimdə həyata
keçirilir:
rəngli rejim, yüksək sürətli rəngli və energetik (o
cümlədən iki istiqamətli) doppleroqrafiya
toxuma doppleroqrafiyası rejimi
fasiləsiz dalğalı doppleroqrafiya rejimi
dupleks və tripleks variantlı impuls dalğalı
doppleroqrafiya rejimi
N.Tusi adına Klinikada aşağıdakı orqan və sistemlərin
USM-i aparılır:
Qarın boşluğu orqanları
Sidik-ifrazat sistemi orqanları
Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar
(transabdominal və transvaginal), follikulometriya
(transabdominal və transvaginal), süd vəziləri
Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal
və transrektal), xayaların USM-i