Siz buradasınız: Instrumental diaqnostika / Rentgenodiaqnostika / ...

RU

RENTGENODİAQNOSTİKA

“Bu gün diaqnostika və müalicə sahəsində rentgen müayinə metodu olmasa ftiziatriya, urologiya, ginekologiya, otorinolarinqologiya, nevrologiya, onkologiya, cərrahiyyə, ortopediya, travmatologiya və oftalmologiya kimi tibb sahələrinin inkişafı mümkünsüzdür.”

Akademik N. N. Priorov.

Rentgen müayinə metodu – 100 ildən artıqdır ki, tibbdə istifadə olunmasına baxmayaraq hələ də öz aktuallığını və diaqnostik əhəmiyyətini saxlamışdır.

Müasir kompüter texnologiyalarının rentgenologiyaya tətbiqi sayəsində bu metodun diaqnostik imkanları daha da artmış, müayinə zamanı şüalanmanın dozası qat-qat azaldılmışdır.

Azərbaycanda ilk dəfə olaraq N.Tusi adına Klinikada tam rəqəmli rentgen aparatı (PHİLİPS DuoDiagnost Rail) qurulmuşdur.

Adi lentlər əvzinə rəqəmli rentgen aparatında yüksək həssaslığa malik elektron ötürücüdən istifadə edilir ki, bu da rentgen şüalarını toplayaraq təsviri kompüterə ötürür. Bir neçə saniyəyə rentgen şəkli artıq hazır olur. Kompüter vasitəsilə alınmış təsviri dəyişmək, təkrarlamaq və detallara ayırmaq olur.

Üstünlükləri:

  • Təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır.
  • Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Buraya şəklin parlaqlığının, kontrastlığının dəyişdirilməsi, konturlarının dəqiqləşdirilməsi və s. aiddir. Müxtəlif səslərin aradan qaldırılması üçün istifadə olunan xüsusi filtrlər müxtəlif struktur və toxumaların vizualizasiyasını daha da artırır.
  • Rəqəmli rentgen aparatında şülanma dozası adi rentgen müayinəyə nisbətən on dəfələrlə azdır.
  • Elektron sistemlər nəinki rentgenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın aparılmasına imkan verir. Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır – ürək döyüntüləri, kontrast maddənin mədə-bağırsaq traktı boyunca hərəkəti və s. film şəklində yazıla bilər, bu isə dəqiq diaqnostika üçün əlavə imkanlar yaradır.
  • Pasiyent nəticəni yüksək keyfiyyətli lent və ya CD-diskə yazılmış şəkildə ala bilər. Elektron şəkil adi rentgen şəklinə nisbətən daha etibarlı olub uzun illər saxlanıla bilər, rentgen şəkli isə müəyyən müddətdən sonra keyfiyyətini itirməyə başlayır. Hər bir həkim öz personal kompüterində təsvirin elektron variantına baxıb ətraflı məlumat ala bilər. Bu xüsusilə də dinamik müayinələr (histerosalpinqoqrafiya, mədə-bağırsaq traktının kontrastlaşdırılması) üçün daha aktualdır. Xarici ölkələrdə artıq uzun müddətdir ki, tətbiq olunan bu metod respublikamızda ilk olaraq klinikamızda aparılmışdır.

N.Tusi adına Klinikada aşağıdakı müayinələr aparılır:

  • Ağciyərlərin rentgenoskopiyası
  • Ağciyərlərin rentgenoskopiya və rentgenoqrafiyası
  • Qida borusunun kontrastlaşdırılması ilə aparılan döş qəfəsi orqanlarının rentgenoskopiyası
  • Qida borusu, mədə və 12 barmaq bağırsağın rentgenoskopiyası
  • Qida borusu, mədə və 12 barmaq bağırsağın rentgenoskopiya və rentgenoqrafiyası
  • Qırtlaq-udlağın rentgenoskopiya və rentgenoqrafiyası
  • Qarın boşluğunun icmal rentgenoskopiya və rentgenoqrafiyası
  • Nazik bağırsağın rentgenoskopiyası və dinamik müayinəsi
  • Peroral kontrast maddə qəbulu ilə aparılan yoğun bağırsağın rentgen müayinəsi
  • İrriqoskopiya və irriqoqrafiya
  • Fistuloqrafiya
  • Xolesistoqrafiya
  • Ekskretor uroqrafiya
  • Histerosalpinqoqrafiya (kontrast maddə ilə)
  • Sistoqrafiya
  • Kəllənin rengenoqrafiyası
  • Onurğa sütununun boyun şöbəsinin rengenoqrafiyası
  • Onurğa sütununun döş şöbəsinin rengenoqrafiyası
  • Onurğa sütununun bel-oma şöbəsinin rengenoqrafiyası
  • Büzdümün rentgenoqrafiyası
  • Paranazal sinusların rentgenoqrafiyası
  • Çiyin oynağının rentgenoqrafiyası
  • Kürək sümüyünün rentgenoqrafiyası
  • Bazu sümüyünün rentgenoqrafiyası
  • Dirsək oynağının rentgenoqrafiyası
  • Mil-bilək oynağının rentgenoqrafiyası
  • Əl sümüklərinin rentgenoqrafiyası
  • Çanağın rentgenoqrafiyası
  • Bud-çanaq oynağının rentgenoqrafiyası
  • Bud sümüyünün rentgenoqrafiyası
  • Diz oynağının rentgenoqrafiyası
  • Aşıq-baldır oynağının rentgenoqrafiyası
  • Ayaq pəncəsi rentgenoqrafiyası
         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >