Maqnit-rezonans tomoqrafiya – instrumental
diaqnostikanın ən müasir və effektiv metodlarından biridir.
Bir çox alimlərin fikrincə son illər məhz KT və MRT müayinə
metodlarının meydana çıxması müasir tibbin sürətli
inkişafına təkan vermişdir.
MRT müayinəsi aparılan zaman kompüterlə idarə olunan
skanerləşdirmə prinsipinə əsaslanaraq daxili orqanların
struktur quruluşu təsvir edilir. Bu zaman rentgen
şülanmasından istifadə olunmur. Müayinənin insan orqnizminə
demək olar ki, heç bir mənfi təsiri yoxdur.
Hazırda N.Tusi adına Klinikada Azərbaycanda ilk dəfə olaraq
açıq tipli maqnit-rezonans tomoqrafiyadan istifadə olunur.
Müasir AİRİS II (Hitachi, Yaponiya) açıq tipli kompüter
tomoqrafı klaustrofobiyadan əziyyət çəkən pasiyentləri, eyni
zamanda azyaşlı uşaqları qorxusuz müayinə etməyə imkan
verir.
Maqnit-rezonans tomoqrafiyanın üstünlükləri:
İnanılmaz dərəcədə yüksək diaqnostik effektivlik
KT və rentgen diaqnostikadan fərqli olaraq rentgen
şülanmasından istifadə olunmur, bu isə xəstənin
şüalanması kimi yan təsirlərin olmamasını təmin edir.
MRT zamanı hətta ölçüsü bir neçə millimetr olan
obyektin təsvirini görmək olur, istənilən proyeksiyada
təsvir əldə olunur.
Bütün toxuma və orqanların vizualizasiyasının
mümkünlüyü. MRT baş beyin və onurğa beyni, qaraciyər,
mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları
və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar
etməyə imkan verir.
MRT vasitəsilə heç bir kontrast maddədən istifadə
etmədən damarların və öd yollarının vizualizasiyasını almaq
mümkündür:
MRPXQ (maqnit-rezonans pankreatoxolangioqrafiya) –
kontrast maddə olmadan öd yollarının və mədəaltı vəzi
axarının 3 ölçülü təsviri.
Magistral arteriyaların MR-angioqrafiyası – əlavə
kontrastlaşdırma aparılmadan damarların təsviri.
N.Tusi adına Klinikada aşağıdakı müayinələr aparılır:
Baş beyin MRT
Hipofiz MRT
Baş beyin damarlarının MR-angioqrafiyası (kontrast
maddə olmadan)
Boyun damarlarının MR-angioqrafiyası (kontrast maddə
olmadan)
Orbital MRT
Parnazal MRT
Kəllə əsası MRT
Boyun nahiyəsi MRT
Onurğa sütununun və onurğa beyninin boyun
nahiyəsinin MRT müayinəsi
Onurğa sütununun və onurğa beyninin döş nahiyəsinin
MRT müayinəsi
Onurğa sütununun və onurğa beyninin bel nahiyəsinin
MRT müayinəsi
Bud-çanaq oynağı MRT
Diz oynağı MRT
Oma-qalça oynağı MRT
Abdominal MRT
Pelvik MRT
Böyrəküstü vəzilər
Maqnit-rezonans xolangioqrafiya (konrast maddə
istifadə etmədən)
MRT müayinəsindən keçmək üçün öncədən telefon vasitəsilə
(431 35 31) qəbula yazılmaq lazımdır. Xəstə müayinəyə
müalicə həkimi tərəfindən göndərilməlidir.
Pasiyentlərin nəzərinə:
Müayinənin davam etmə müddəti 30-45 dəqidə çəkir.
Öncədən MRT müayinəyə hazırlıq aparılmır.
Göstəriş olduqda paramaqnit kontrast maddələrdən
istifadə olunur.(bəzi sinir sistemi xəstəliklərinin
diaqnostikasında). Əgər hər hansı bir paramaqnit
kontrast maddəyə qarşı allergik reaksiyanız varsa tibb
bacısına bu barədə məlumat verin.
Azyaşlı uşaqlar medikamentoz sedasiya aparıldıqdan
sonra müayinəyə götürülür.
Müayinə zamanı tomoqraf maqnit sahələri generasiya
edir. Buna görə də müayinədən öncə bütün metal əşyalar
kənarlaşdırımalıdır.(diş protezləri, eşitmə aparatları
və s.). Ferromaqnit döymələr (tatuirovkalar), kosmetik
makiyaj təsvirin keyfiyyətinə mənfi təsir göstərir.
Həmçinin dəridə də qızartılar əmələ gələ bilər.
Əgər bədəninizdə kardiostimulyator, metal protezlər,
damarlarda və ya daxili orqanlarda metal klipslər varsa
bu barədə həkimə və ya tibb bacısına mütləq məlumat
verin, çünki göstərilən predmetlər maqnit-rezonans
tomoqrafiyanın aparılmasına əks göstərişdir.
Hamiləliyin ilk 3 ayında MRT müayinədən keçmək
məsləhət görülmür.