Siz buradasınız: Instrumental diaqnostika/ Endoskopiya/ ...

ENDOSKOPİK MÜAYİNƏYƏ HAZIRLIQ

Fibroezofaqoqastroduedonoskopiya

Müayinə acqarına aparılır.

Kolonoskopiya, siqmoskopiya (fibrorektosiqmoskopiya, soltərəfli fibrokolonoskopiya, total fibrokolonoskopiya)

Müayinə acqarına aparılır. Müayinədən qabaq bağırsaqların Fortrans preparatı vasitəsilə təmizlənməsi məsləhət görülür. Preparat 2 dəfəyə qəbul edilir. Axşam saat 18.00–20.00 arası preparatın birinci dozası qəbul edilir. 1 paket fortrans preparatı 1 litr suda həll edilir. Axşam 6-dan sonra qida qəbul etmək məsləhət deyil. İkinci dozanı səhər 6.00–8.00 arası qəbul etmək lazımdır (müayinəyə 3 saat və daha artıq vaxt qalmış).

Fibrobronxoskopiya

Müayinə acqarına aparılır. Müayinədən öncə döş qəfəsinin düz və yan proyeksiyada rentgen müayinəsindən keçmək məsləhətdir. 40 yaşdan yuxarı şəxslərin EKQ müayinəsindən keçməsi tövsiyyə olunur.

Qida borusunun və mədənin polipektomiyası

Əməliyyat acqarına aparılır. Əməliyyatdan öncə xəstə təkrar endoskopiya, EKQ müayinələrindən keçməli, qanın laxtalanma vaxtı, protrombin indeksi, qan qrupu və rezus faktor təyin olunmalıdır.

Yoğun bağırsağın polipektomiyası

Əməliyyat acqarına aparılır. Əməliyyatdan öncə xəstə təkrar endoskopiya, EKQ müayinələrindən keçməli, qanın laxtalanma vaxtı, protrombin indeksi, qan qrupu və rezus faktor təyin olunmalıdır. Fortrans preparatı vasitəsilə yoğun bağırsağın təmizlənməsi də əməliyyatönü hazırlığa daxildir.

Retroqrad pankreatoxolangioqrafiya – RPXQ

Müayinə acqarına aparılır. Endoskop vasitəsilə öd axarları və mədəaltı vəzi axarlarına kontrast maddənin yeridilməsi ilə aparılan Rentgen müayinəsidir. Əvvəlcədən profilaktik olaraq hepatobiliar sistemin USM-i, FQEDS, EKQ, qanın protrombin indeksi, laxtalanma vaxtı, qrup və rezus faktora görə müayinəsi aparılır. Prosedurdan qabaq pasiyentə spazmolitik preparat yeridilir.