Siz buradasınız: Instrumental diaqnostika / Endoskopiya / ...

RU

ENDOSKOPİYA

Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanları vizual olaraq müayinə etməyə imkan verən bir metoddur.

N. Tusi adına Klinikanın endoskopiya şöbəsi Yaponiyanın Pentax və Olympus firmalarının videoendoskopik avadanlıqları ilə təchiz olunmuşdur. Müasir avadanlıq mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinin qısa zaman ərzində və ağrısız müayinə olunmasına imkan yaradır. Klnikamızda istifadə olunan EC-3870 FK2 videokolonoskopu və EG-2770K videoqastroskopu (Pentax) 410 000 piksellik matrisi sayəsində yüksək keyfiyyətli təsvirlərin alınmasına şərait yaradır. Azərbaycanda ilk dəfə olaraq mədə-bağırsaq sistemi xəstəliklərini ən erkən mərhələdə aşkarlamaq üçün istifadə edilən xromoskopiya metodu klinikamızda tətbiq edilir. Xromoskopiya zamanı xüsusi rəngləndiricilərdən istifadə olunmaqla selikli qişanın «kontrastlaşdırılması» həyata keçirilir. Bu isə daha dəqiq diaqnozun qoyulmasına kömək edir. Eyni zamanda endoskopiya zamanı Helicobacter Pylori-nin təyini üzrə test də həyata keçirilir.

Müasir endoskopik müayinənin üstün cəhətləri:

  • Yüksək keyfiyyətli dəqiq təsvir (bir neçə dəfə böyüdülmüş). Bu daxili orqanların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə erkən mərhələdə diaqnoz qoymağa imkan verir.
  • Lazım gələrsə morfoloji müayinə üçün biopsiya materialının götürülməsi.
  • Bir sıra müalicəvi manipulyasiya və əməliyyatların həyata keçirlməsi. (xoledoxdakı daşların litotripsiyası, mədə-bağırsaq traktı poliplərinin aradan qaldırılması, yad cisimlərin çıxarılması və s.)
  • Müayinənin videyazıya alınması.

Hazırda N.Tusi adına Klinikanın endoskopiya şöbəsində geniş spektrli müasir diaqnostik, cərrahi manipulyasiya və müdaxilələr aparılır.

Diaqnostik müayinələr:

  • Fibroezofaqoskopiya
  • Fibroezofaqoskopiya + biopsiya
  • Fibroezofaqoqastroduodenoskopiya
  • Fibroezofaqoqastroduodenoskopiya + biopsiya
  • Fibrorektosiqmoskopiya
  • Fibrorektosiqmoskopiya + biopsiya
  • Sol tərəfli fibrokolonoskopiya
  • Sol tərəfli fibrokolonoskopiya + biopsiya
  • Total fibrokolonoskopiya
  • Total fibrokolonoskopiya + biopsiya
  • Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız-udlaq, qırtlaq)
  • Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız-udlaq, qırtlaq) + biopsiya
  • Fibrobronxoskopiya
  • Fibrobronxoskopiya + biopsiya
  • PH-metriya

Mədə-bağırsaq traktının selikli qişasının böyüdülmüş təsviri endoskopun incə optik lifləri vasitəsilə monitora ötürülür.

Müalicəvi manipulyasiya və əməliyyatlar

  • Qanaxmanın dayandırılması (diatermokoaqulyasiya)
  • Qida borusundan yad cisimin çıxarılması
  • Mədədən yad cisimin çıxarılması
  • Traxeya və bronxlardan yad cisimin xaric edilməsi
  • Qida borusunun polipektomiyası
  • Mədənin polipektomiyası
  • Yoğun bağırsağın polipektomiyası
  • Nazointestinal və nazobiliar zondun qoyulması
  • Papillosfinkterotomiya – PST
  • Öd yollarından daşların çıxarılması
  • Xoldoxdakı daşların litotripsiyası
  • Mədə bezoarının mexaniki litotripsiyası
  • Sanatsion bronxoskopia

Kombinə olunmuş diaqnostik metodlar (endoskopik müayinə + rentgen müayinə)

Retroqrad pankreatoxolangioqrafiya – RPXQ

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >