| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Instrumental diaqnostika / EKQ / ... | |
|
ELEKTROKARDIOQRAFIYA (EKQ) | |
|
Ürək əzələsinin hər bir hüceyrəsi oz-özlüyündə sanki kiçik
bir elektrik generatoru olub qıcıq dalğasına cavab olaraq
yüklənir və boşalır. EKQ elektrik impulslarının ürək
əzələsində yayılmasını göstərərək hüceyrələrin summar işi
barəsində məlumat verir. EKQ nəticəsinə əsasən ürək vurğularının requlyarlığı, tezliyi, ürəkdaxili qan dövranının vəziyyəti, ürəyin müxtəlif şöbələrinin hipertrofiyası və s. barəsində məlumat almaq olar.
|
|
|
EXOKARDİOQRAFİYA (ExoKQ) |
|
|
Exokardioqrafiya – ürək əzələsinin və klapan aparatının
ultrasəs vasitəsilə müayinəsidir. N.Tusi adına Klinikada
müasir ultrasəs sisteminə malik Philips IE-33
aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır. Aparat ürəyin işi, ölçüləri, divarlarının qalınlığı,
magistral damarların vəziyyəti, klapan aparatı barəsində
ətraflı məlumat verir. Həmçinin aparat vasitəsilə ürəkdaxili
qan dövranının rəngli doppler kartlaşdırılması, ürək
boşluqlarında təzyiqin ölçülməsi də aparıla bilər.Ürək
nahiyəsində ağrılar, EKQ müayinə zamanı aşkar edilmiş
dəyişikliklərin dəqiqləşdirilməsi, auskultasiya zamanı
ürəkdə küylərin eşidilməsi, ritm pozğunluqları, hipertoniya
xəstəliyi, keçirilmiş infarkt, ürək qüsurları, ürək
çatmamazlığı əlamətləri və s. exokardioqrafik müayinənin
aparılmasına göstərişdir. Elektrokardioqrafiya və
exokardioqrafiya müasir kardiologiyanın əsas diaqnostik
metodları hesab edilir.
|
|
|
PRENATAL EXOKARDİOQRAFİYA |
|
|
Metod anadangəlmə ürək qüsurlarının prenatal olaraq təyin
edilməsinə, müxtəlif inkişaf dövrlərində ürəyin quruluşu və
funksional vəziyyətini, magistral damarları qiymətləndirməyə
imkan verir. Statistik göstəricilərə əsasən anadangəlmə ürək qüsurları geniş yayılmış inkişaf anomaliyalarından biri olub, hər 1000 nəfər yenidoğulmuşun 7–12-də rast gəlinir. Exokardioqrafiya zamanı əksər ürək qüsurları aşkar edilir, ağır hallarda hamiləliyi dayandırmaq tövsiyyə edilir. Bəzi hallarda isə körpə doğulduqdan sonra cərrahi əməliyyata götürülür.
|
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi