Siz buradasınız: Instrumental diaqnostika/ ...

İNSTRUMENTAL DİAQNOSTIKA

Müasir instrumental diaqnostika – tibbin sürətlə inkişaf edən sahələrindən biridir. İldən-ilə insan orqanizminin quruluşu və funksiyaları barəsində daha ətraflı məlumatlar verən mükəmməl aparatlar istehsal olunur. Buraya orqanizmin daxilinə nüfuz etmək, orqanları vizual olaraq görmək, biopsiya materialı götürmək imkanları olan endoskopik müayinələrlə yanaşı, orqan və sistemlərin toxuma kəsikləri səviyyəsində görüntülərini vermək qabiliyyətinə malik kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya və digər metodlar aid edilir.

N.Tusi adına Klinikanın diaqnostik bazası respublikamızda olan ən mükəmməl bazalardan biri hesab edilir. Buraya aşağıdakı müayinə metodları daxildir:

  • MULTİSLİCE PRESTO (HİTACHİ, Yaponiya) – çoxkəsikli spiral kompüter tomoqrafı. Aparat 3 ölçülü rekonstruksiyaya malik olub, istənilən orqanın təsvirini verir. Həmçinin virtual endoskopik müayinələr aparmağa imkan yaradır. Ətraflı...
  • AİRİS II ( HİTACHİ, Yaponiya ) – açıq tipli maqnit-rezonans tomoqrafı. Tomoqraf bütün daxili orqanların, baş beyinin və onurğa sütununun dəqiq və detallı təsvirini verir. AİRİS II tomoqrafının üstün cəhətlərindən biri də onun açıq sistemə malik olmasıdır. Bu isə klaustrofobiyadan əziyyət çəkən insanların, o cümlədən azyaşlı uşaqların qorxu hissi olmadan müayinədən keçməsinə şərait yaradır. Maqnit – rezonans angioqrafiya vasitəsilə heç bir kontrast maddədən istifadə etmədən damarların təsvirini almaq mümkündür. Ətraflı...
  • Philips DuoDiagnost Rail – tam rəqəmli rentgen aparatı minimal şüalanma ilə yüksək keyfiyyətli təsvirlərin alınmasına imkan verir. Aparat vasitəsilə bir sıra mürəkkəb diaqnostik müayinələri – retroqrad pankreatoxolangioqrafiya, histerosalpinqoqrafiya, ekskretor uroqrafiya və s. həyata keçirmək olar. Ətraflı...
  • Philips HDİ 4000 – USM aparatı özündə müasir ultrasəs texnikasının ən son nailiyyətlərini cəmləşdirmişdir. Ətraflı...
  • ACUSON (ABŞ) rəngli doppler exokardioqrafı ürək əzələsinin, klapanların vəziyyəti, magistral damarlar və ürəkdaxili qan dövranı barəsində ətraflı məlumat verir. Ətraflı...
  • Məşhur yapon firması OLYMPUS istehsalı olan videoendoskopik avadanlıq və instrumentlər. Ətraflı...
         < < < MƏQALƏLƏR > > >


Rambler's Top100