| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Haqqımızda |
|
KLİNİKANIN DƏRMAN TƏCHİZATI |
N.Tusi
adına klinikanın dərman təchizatına klinikanın rəhbərliyi
tərəfindən xüsusi diqqət yeridilir. Dərman preparatlarının
istehsalı sahəsində ən nüfuzlu farmasevtik firmalar seçilir.
Farmasevtik firmalar xüsusi tender əsasında seçilir. Bu
zaman istehsal olunan dərman preparatlarının keyfiyyət
sertifikatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
tərəfindən qeydiyyata alınması əsas götürülür.Dərman preparatlarının qəbulunda onların transportirovkası və klinikaya çatdırılana kimi saxlanılması haqqında olan sənədlərə və fabrik qablaşdırılmasına xüsusi diqqət yetirilir. Əldə edilmiş dərman preparatları klinikanın aptek bölməsində istehsalçı zavodun verdiyi saxlanılma qaydalarına uyğun saxlanılır. Klinikada fəaliyyət göstərən daxili audit xidməti praktiki olaraq hər bir dərman preparatının əldə olunmasından istifadə olunmasına qədər bütün mərhələləri müşahidə edir. İstifadə müddəti azalmış dərman preparatları aptek şöbəsindən xaric edilir və bütün sənədləşmə qaydaları ilə preparatların utilizasiyasına xüsusi sertifikatı olan təşkilatlara təhvil verilir. Bütün bu göstərişlər göstərdiyimiz xidmətdə özünü tamamilə doğrultmuşdur. Klinikanın bütün fəaliyyəti dövründə dərman preparatlarının keyfiyyəti ilə bağlı heç bir insident qeydə alınmamışdır. Bütün bunlar klinikanın əməkdaşlarının rahat və əminliklə fəaliyyət göstərməsinə tam şərait yaradır. |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



N.Tusi
adına klinikanın dərman təchizatına klinikanın rəhbərliyi
tərəfindən xüsusi diqqət yeridilir. Dərman preparatlarının
istehsalı sahəsində ən nüfuzlu farmasevtik firmalar seçilir.
Farmasevtik firmalar xüsusi tender əsasında seçilir. Bu
zaman istehsal olunan dərman preparatlarının keyfiyyət
sertifikatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
tərəfindən qeydiyyata alınması əsas götürülür.
Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi