< < < MENÜ > > >

         < < < XƏBƏRLƏR > > >

   Siz buradasınız: www.tusiklinika.com

Nəsirəddin Tusi adına Klinika

N.Tusi adına Klinika müasir geniş profilli müalicə-diaqnostika müəssisəsi olub stasionar və poliklinika şöbələrindən ibarətdir.

Poliklinika şöbəsində cərrahi və terapevtik olmaqla əsas kliniki xidmət sahələri fəaliyyət göstərir (ginekologiya, urologiya, andrologiya, nefrologiya, psixonevrologiya, oftalmologiya, otolorinolarinqologiya, qastroenterologiya, kardiologiya, koloproktologiya, endokrinologiya, mammologiya, dermatologiya, allerqologiya, kliniki virusologiya, pediatriya). Fizioterapiya, zərbə-dalğalı terapiya, instrumental diaqnostikakliniki laboratoriya da poliklinik şöbəyə aid edilir. Eyni zamanda poliklinik şöbənin göstərdiyi xidmət sahələrinə təcili tibbi yardım xidməti də aiddir.

İnstrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Diaqnostik aparatlar həm ambulator, həm də stasionar şəraitdə xəstələrə xidmət göstərməyə imkan verir.

Təcili tibbi yardım şöbəsi mobil inhalyasion narkoz aparatları, xəstənin ürək-damar, tənəffüs sisteminə nəzarət etmək üçün mobil monitor sistemləri və qanın oksigenasiyasını təyin etmək üçün xüsusi tibbi avadanlıqla təchiz edilmişdir. Xəstələrin daşınmasını həyata keçirmək üçün ən müasir avadanlıqlarla təmin edilmiş təcili tibbi yardım maşınları fəaliyyət göstərir.

Klinikanın stasionar şöbəsi əməliyyatdan sonrakı xəstələrlə yanaşı, müxtəlif terapevtik xəstəliklərin, o cümlədən bəzi mürəkkəb diaqnostik müdaxiləyə uğrayan xəstələrin müalicəsi və bir sıra tibbi manipulyasiyaların aparılması üçün bütün imkanlara malikdir.

Stasionar şöbəsi Klinikanın 2 yuxarı mərtəbəsində yerləşir. İkinci mərtəbədə hər cür komfort şəraitə malik bir və iki nəfərlik palatalar yerləşir. Hər bir palata ayrıca sanitar qovşağa və duş kabinəsinə malikdir. 500 kanallı sputnik televiziya, tam havalandırma sistemi, kondisioner, klinikadaxili və şəhərə çıxışı olan telefon əlaqələri, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlar xəstənin özünü tam rahat hiss etməsinə zəmin yaradır.

Üçüncü mərtəbədə əməliyyat bloku, anestezioloji bölmə, reanimasiya və intensiv terapiya şöbəsi yerləşir.

Əməliyyat bloku 4 əməliyyatxanadan, alətlərin sterilizasiyası bloku və tibb işçilərinin işə hazırlıq otağından (paltarların dəyişdirilməsi, duş kabinəsi) təşkil olunmuşdur. Beləliklə əməliyyat bloku digər şöbələrdən demək olar ki, tam izolyasiya olunmuşdur, bu isə xəstəxanadaxili infeksiyaların yayılma dərəcəsinin minimuma enməsinə səbəb olmuşdur.

Dörd əməliyyatxanadan üçü endoskopik tibbi avadanlıqlar istehsalı sahəsində dünya lideri sayılan “KARL STORZ” firmasına məxsus aparatlar ilə təchiz olunmuşdur. Bu avadanlıqlar cərrahiyyə, ginekologiya, artrologiya, travmatologiya, urologiya, döş qəfəsi cərrahiyyəsi sahəsində istənilən diaqnostik və operativ müdaxilələri həyata keçirməyə imkan verir. Əməliyyat blokunun tabeliyində anestezioloji xidmət fəaliyyət göstərir. Tibbin ən son yeniliklərini özündə cəmləşdirən avadanlıqlar nəinki əməliyyat zamanı həkimlərin rahat şəraitdə işləməsini təmin edir, eyni zamanda paralel fasiləsiz olaraq xəstənin əsas həyati funksiyalarını nəzarətdə saxlamağa imkan verir.

Reanimasiya və intensiv terapiya şöbəsi 8 çarpayı üçün nəzərdə tutulmuşdur. Daha ağır xəstələr üçün isə 2 boks ayrılmlşdır. Şöbə ürək-damar, tənəffüs sisteminin fəaliyyətini tam olaraq nəzarətdə saxlamağa imkan verən monitor sistemləri, intellektual destekli respiratorlarla təchiz edilmişdir.Eyni zamanda qanın qaz tərkibini təyin etmək üçün xüsusi avadanlıqdan istifadə olunur. Şöbə sutka ərzində tam olaraq fəaliyyət göstərir.

N. Tusi adına Klinikada sanitar – epidimioloji xidmət adlı bir şöbə də mövcuddur ki, bu da geniş profilli aktiv funksional fəaliyyətli Klinika üçün çox vacibdir.Daimi olaraq klinikanın sanitar-epidimioloji rejimini nəzarətdə saxlamaq bu xidmətin əsas funksiyasıdır. Eyni zamanda requlyar olaraq Klinikanın hər bir işçisi də sağlamlıq kontrollarından keçirlər.

Klinikanın enerji təchizatı da bütün standartlara uyğun şəkildə qurulmuşdur. Daimi olaraq elektrik cərəyanının gərginliyini stabilizə edən sistem – UPS qurulmuşdur. Hər hansı bir problem baş verdikdə isə avtomatik olaraq generatorlar işə salınır. Daimi su təchizatı ilə yanaşı, rezerv olaraq çox tonlu rezerv çənlərdən də ehtiyac yarandığı hallarda istifadə edilir.

Təhlükəsizlik xidməti 24 saat ərzində Klinikanın təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Bir sözlə Klinikanın rəhbərliyi həm işçi personalın, həm də pasiyentlərin rahatlığı üçün maksimum şərait yaratmağa çalışmışdır. Bununla da işçilərin effektiv və qənaətbəxş işinə, pasiyentlərin isə rahat və təhlükəsiz bir şəraitdə müalicə olunmasına nail olmuşdur.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >


Rambler's Top100